Menu

Bu il Aralıq dənizində 4 220 miqrant boğularaq

04.11.2016, 19:58

Italian navy rescue asylum seekers"Bu il Aralıq dənizi vasitəsilə Avropa sahillərinə çatmaq istəyən miqrantlardan 4 220 nəfəri boğularaq ölüb".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) sözçüsü İtayi Viriri bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 725-dən çox miqrantın ölməsi deməkdir.

İ.Viriri deyib ki, bu il noyabrın 2-də dəniz yolu ilə Avropa sahillərinə 335 031 nəfər daşınıb: "Onlardan 169 901 nəfəri Yunanistan, 159 496 nəfəri isə İtaliyaya çatıb. Ötən ilin eyni dövründə Avropa sahillərinə 728 926 miqrant daşınıb. Bu il daha çox miqrantın ölməsi faciədir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol