Menu

Səlahəddin Dəmirtaş Ədirnədə həbsxanaya yerləşdirilib

05.11.2016, 09:16

demirtas_selahattinTürkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Ədirnə şəhər həbsxanasına yerləşdirilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, terror istintaqı çərçivəsində həbs olunan S.Dəmirtaş İstanbula, sonra helikopterlə Ədirnəyə gətirilib.

S.Dəmirtaş həbsxanaya yerləşdirilməsi zamanı gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, noyabrın 4-də Türkiyədə terrorla bağlı aparılan istintaq çərçivəsində Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş haqqında həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol