Menu

Türkiyə ordusu Suriyanın şimalında İŞİD obyektlərinə 71 hava zərbəsi endirib

05.11.2016, 15:33
Türkiyə ordusu Suriyanın şimalında İŞİD obyektlərinə 71 hava zərbəsi endirib

Türkiyə ordusu ötən sutka ərzində Suriyanın şimalında İŞİD terror qruplaşmasının obyektlərinə 71 hava zərbəsi endirib."Reuters" xəbər verir ki, qruplaşmanın beş yaraqlısı öldürülüb.

Eyni zamanda, Türkiyənin dəstəklədiyi müxalif qüvvələrdən də beş nəfər və 1 türk əsgəri həlak olub.

Məlumatda qeyd edilib ki, beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən hava hücumları nəticəsində daha səkkiz İŞİD yaraqlısı məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol