Menu

Nigeriyada yaraqlılarla toqquşmada 5 hərbçi ölüb

05.11.2016, 21:36
Nigeriyada yaraqlılarla toqquşmada 5 hərbçi ölüb

Nigeriyanın şimal-şərqində radikal "Boko haram" qruplaşması üzvləri ilə toqquşma nəticəsində ən azı 5 hərbçi həlak olub."Report" xəbər verir ki, bu barədə şənbə günü ölkənin Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Sani Osmana istinadən AFP məlumat yayıb.

"Cümə günü axşam "Boko haram" yaraqlıları ordunun Mallam-Fatoridəki 119-cu batalyonuna hücum ediblər. Əsgərlər terrorçuların hücumunun qarşısını alaraq onların 14 nəfərini məhv ediblər. Təəssüf ki, biz də 1 zabit və 4 əsgərimizi itirmişik, 4 nəfər yaralanıb", - deyə o əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol