Şahin Sultanovun ailəsi Prezident İlham Əliyevə müraciət edib
Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral (general-leytenant) Şahin Sultanovun hüquqlarının qorunması ilə bağlı mətbuat konfransı keçirilib.
Şahin Sultanovun vəkili Adəm Məmmədov bildirib ki, Şahin Sultanov xidməti dövründə heç vaxt iltizam cəzası almayıb, əksinə HDQ-də yaxşı xidmətlərinə görə 15-dən çox medalla təltif edilib.
A. Məmmədov deyib ki, Şahin Sultanov 21 aprel 2014-cü ildə şübhəli şəxs qismində tutulub, ona Azərbaycan Respublikasının cinayət məcəlləsinin Az.R. Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. 23 aprel 2013-cü il tarixində Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Vəkil Ş. Sultanovun həbsindən danışarkən əvvəl diqqəti ona qarşı cinayət məcəlləsinin 179.3.2 maddəsi ilə irəli sürülmüş ittihama çəkib: “Bu maddədə “külli miqdarda mənimsəmə” dedikdə 7 min manat və daha çox məbləğ nəzərdə tutulur. Şahin Sultanova da guya 7, yaxud 8 min manat verildiyi iddia olunur. “7 min” və “8 min” məsələsinə sonra qayıdacağam. İndi isə demək istədiyim odur ki, “külli miqdar” məbləği 7 min manatdan başladığından Şahin Sultanova da məhz 7 və ya 8 min manat verildiyi iddia olunub”.

Vəkil A. Məmmədov daha sonra bunları deyib: “İndi isə Şahin Sultanova qarşı ittihamın necə sürüldüyünü açıqlayırıq. Təqsirləndirilən şəxs Elxan Hacıyev həbsindən üç ay sonra vəkilindən imtina edib və öz əleyhinə sərbəst ifadə verib. B
u zaman Elxan Hacıyev ifadəsində qəsdən özü təqsirləndirilən şəxs olduğundan verdiyi yalan ifadəyə görə məsuliyyət yaratmadığına görə, Şahin Sultanova qarşı guya onun xidməti otağında 8 min manat pul verdiyini bildirib. Lakin üzləşmə istintaq hərəkətində isə həmin məbləğin bu dəfə 7 min manat olduğu bildirilib. Göründüyü kimi, sərbəst ifadə ilə üzləşmə zamanı verdiyi ifadə arasında ziddiyət var. Bu isə Şahin Sultanovun həbsdə saxlanılmasının ilkin sübutu sayılıb. Başqa sözlə, Şahin Sultanova qarşı verilən ziddiyətli və yalan ifadələr onun günahsız olduğunu bir daha sübut edir”. Vəkil bildirib ki, hazırki iş üzrə təqsirləndirilən şəxslərdən yalnız Elxan Hacıyev Şahin Sultanova qarşı ifadə verib.
“Digər şəxslər isə indiyədək Şahin Sultanova qarşı ifadə verməyiblər. Əgər sabah digər tutulan şəxslər də vitse-admirallara qarşı ifadə versələr, bu, növbəti şübhələrin yaranması üçün npvbəti əsaslar olacaq. Bütün hüquqşunaslara məlum olduğu kimi, AZ.R. Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən , şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Vəkil Şahin Sultanovun ailəsi adından Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edib: “Ailəsi adından cənab prezidentdən bu məsələ ilə maraqlanmağını, vətənini və dövlətini sevən, ali baş komandan İlham Əliyevə daim sadiq qalmış, Qarabağ müharibəsi veteranı, Şahin Sultanov haqqında açılmış cinayət işi ilə maraqlanmasını xahiş edirəm”.
Vəkil hazırda cənab prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidentiŞ UNESKO-nun və İSESCO-nun xöşməramlı səfiri Mehriban xanım Əliyevaya müraciət hazırladıqlarını, yaxın günlərdə həmin müraciətin göndəriləcəyini də deyib.
Şərhlər