AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi təyyarələri Kalininqrad vilayəti və Rusiyanın Suriyadakı bazası yaxınlığında kəşfiyyat işləri aparıb.
Rusiyanın Baltik bölgəsinin sərhədlərində və Suriyadakı hərbi-dəniz donanması (HDD) bazası ətrafında kəşfiyyat tapşırığı ilə şənbə günü ABŞ-n iki hərbi təyyarəsi uçuş edib. Bu barədə xəbəri hərbi aviasiyanın hərəkətini izləyən Qərb saytları təsdiqləyir.
Onların məlumatına görə, ABŞ hərbi-hava qüvvələrinin (HHQ) RC-135 strateji kəşfiyyat təyyarəsi (borat nömrəsi 62-4139 və çağırış ünvanı - MİLK99) Britaniyanın Mildenholl aviabazasından havaya qalxaraq, Kalininqrad vilayəti sahillərində Rusiya ərazisinin radiotexniki kəşfiyyatını həyata keçirib.
Digəri - ABŞ HHQ-nin P-8A Poseidon qayıq əleyhinə patrul təyyarəsi (bort nömrəsi 168761) Sisiliyadakı Siqnoella aviabazasından havaya qalxaraq, Rusiyanın Tartusdakı (Suriya) HDD-a məxsus material-texniki təminat məntəqəsinə yaxınlaşıb. Xəbərin yayıldığı anda təyyarə Suriya sahilləri yaxınlığında dairəvi uçuşları davam etdirib və bazanı izləyib.

Şərhlər