Menu

Metroda işığın sönməsi problem yaratdı

08.11.2016, 09:57

1393593229_1385979734_metro_tunel_000Bakı Metropoliteninin "20 yanvar" stansiyasında elektrik enerjisinin verilməsində problem yaranıb. Trend-in məlumatına görə, hadisə bu gün səhər saat 9 radələrində baş verib.

Stansiyaya verilən elekrtrik enerjisində problem yarandığından stansiyaya verilən elektrik enerjisi kəsilib. Nəticədə stansiyanın turniketləri və kart yükləmə aparatları işləməyib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə faktı təsdiqləyib. Bildirib ki, baş verən problem qısa müddətdə aradan qaldırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol