Menu

Bakıda məşhur geyim mağazası bağlandı

08.11.2016, 17:06
Bakıda məşhur geyim mağazası bağlandı

Dünyanın tanınmış geyim mağazaları brendlərindən biri sayılan «Marks & Spencer» şirkəti Bakıdakı dükanını bağlayıb. Fins.az-ın məlumatına görə, Bakının dəbdəbəli «Port Baku» ticarət mərkəzində yerləşən mağaza öz fəaliyyətini 12 gün əvvəl, oktyabrın 27-də dayandırıb.

Mağazanın sahibi olan şirkətdən onun bağlanması səbbələri açıqlanmır, amma böyük ehtimalla, bu, satışların aşağı düşməsi ilə əlaqədardır.

Bakı, bu məşhur şəbəkənin fəaliyyətini dayandırdığı yeganə şəhər deyil.

Son məlumatlara görə, «Marks & Spencer» qarşıdakı 5 il ərzində təkcə Böyük Britaniyada 60 paltar və ev üçün əşya mağazasını bağlayacaq. Fins.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu qərara ilin birinci yarısında gəlirlərinin azalması səbəb olub.

Belə ki, ilk 6 ayda «Marks & Spencer»in verqiqoymadan əvvəlki gəliri 231,3 milyon funt sterlinq ($287,3 mln.) təşkil edib ki, bu da ötən ilin eyni dövründən 18,6% azdır. «Gələcək beş il ərzində biz Böyük Britaniyadakı daşınmaz əmlakımızı transformasiya edib 60 mağazamızı bağlayacayıq»-deyə şirkətin açıqlamasında deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol