Menu

Şahbuz rayonunun icra başçısı vəzifəsindən azad edildi

08.11.2016, 18:33
Şahbuz rayonunun icra başçısı vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Nurəddin Quliyevin Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Nurəddin Beytulla oğlu Quliyev Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Rafael Qəzənfər oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol