Menu

Erməni hüquq müdafiəçisi Bakıya gəldi

08.11.2016, 19:01
Erməni hüquq müdafiəçisi Bakıya gəldi

Ermənistanın “Meridian” qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzanna Caqinyan Bakıya gəlib.

Bu barədə APA-ya Milli QHT Forumunun prezidenti Rauf Zeyni məlumat verib.

Qeyd edək ki, İrəvanda yaşayan S. Caqinyanın Bakıda keçirilən “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransda iştirakı nəzərdə tutulsa da, bu, baş tutmayıb.

S. Caqinyan sabah mətbuat konfransı keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol