Menu

Respublikaçılar Trampın qələbəsini bayram edirlər - FOTOLAR

09.11.2016, 11:16
Respublikaçılar Trampın qələbəsini bayram edirlər - FOTOLAR

Bu şəkillər də Amerika Birləşmiş Ştatlarında çəkilib. Sevinən insanlar respublikaçılardır. Onlar sevincdən bağırır, qucaqlaşır, Trampın qələbəsini bayram edirlər. Daha dünənə qədər onların qələbəyə inamı, özləri demişkən, "fifti-fifti" (50:50) idi. Bu gün isə artıq seçkilərin nəticələri bəlli olub və Donald Tramp Hillari Klintondan azı 30 superseçici səsi qədər irəlidədir.

İndi Tramp ABŞ prezidenti kürsüsünün 1 addımlığındadır. İki aydan sonra o, vəzifəsinin icrasına başlaya bilər.

Ona görə də Respublikaçılar partiyasının üzvləri, tərəfdarları sevinir, küçələrdə qol götürüb oynayırlar.

Bu seçki kampaniyasında şəkillərdə gördüyünüz sevinən adamlar çox məyusluq yaşamışdılar - Tramp debatlarda xanım Klintona uduzanda, Trampın barəsində cinsi sapıqlıq ittihamları səslənəndə, qadınlar mediada onun üzünə duranda, Trampın sözləri təhrif ediləndə və s.

İndi bütün dərd-möhnətlər geridədir. Bütün hücumlara, gözdənsalmlara rəğmən Tramp ABŞ prezidenti seçilib.

Bu adamların çoxu Tramp adminitrasiyasında təmsil olunmayacaqlar. Bu, sadəcə, tərəfdar, fanat sevincidir.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol