PKK terror qruplaşmasının silahlıları Türkiyənin Van vilayətinin Başqala rayonunun İranla sərhəd ərazisində avtobusu atəşə tutub.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə 3 qoruyucu və 1 mülki şəxs həlak olub.
Hücum zamanı daha iki qoruyucu yaralanıb. Yaralılar Başqala Dövlət Xəstəxanasına yerləşdiriliblər.
Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə xüsusi əməliyyat başlayıb.


Şərhlər