Kuba hökuməti ölkədə beş günlük hərbi təlimlərə başlamağa qərar verib.
Musavat.com "Associated Press"-ə istinadən xəbər verir ki, Kuba hökuməti bu təlimləri Trampın qələbəsi ilə əlaqələndirmir.
Agentlik isə bildirir ki, təlimlərə başlamaq haqda qərar ABŞ-da seçkilərin nəticəsi elan olunduqdan dərhal sonra verilib.
Bildirilir ki, təlimlər hərbi qüvvələrin düşmənin müxtəlif təxribatlarını dəf etmək üçün hazırlıq məqsədi güdür.


Şərhlər