Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi dünya birjalarında təlatümə səbəb olub. Müəyyən qədər tərəddüddən sonra neftin qiyməti yüksəlməyə başlayıb.
Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 22:35-ə olan məlumata görə, Brent markalı neftin yanvar fyuçersinin 1 barreli 46,50 dollara satılıb.
Bu göstərici çərşənbə günü səhər qeydə alınmış rəqəmdən 0,46 dollar, yaxud 1,00% çoxdur.

Şərhlər