Menu

"British Airways" Azərbaycan bazarını tərk edib

10.11.2016, 10:06
"British Airways" Azərbaycan bazarını tərk edib

"British Airways Plc." şirkətinin Azərbaycan nümayəndəliyi ləvğ olunub.

Bu barədə "Report"a Vergilər Nazirliyindən məlumat verilib.

Qeyd edilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi, ev 8, "Hyatt Tower -2" (VI mərtəbə) ünvanına bildirə bilərlər.

"British Airways" aviaşirkəti sərnişin və yük daşımaları həyata keçirir. Dünyanın təxminən 400 istiqamətinə uçuşlar yerinə yetirir.

Xatırladaq ki, şirkət bu ilin aprelin 29-dan London-Bakı-London istiqaməti üzrə aviauçuşlarını dayandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol