Menu

Yunanıstanda futbol çempionatları dayandırılıb

10.11.2016, 10:07
Yunanıstanda futbol çempionatları dayandırılıb

Yunanıstanda futbol üzrə ölkə çempionatı dayandırılıb.

"Report"un məlumatına görə, buna səbəb Beynəlxalq Hakimlər Komitəsinin sədri Giorgis Bikasın evinin yandırılmasıdır.

Yerli futbol federasiyası qeyri-müəyyən müddətə ölkədəki bütün peşəkar futbol yarışlarını dayandırıb. Artıq məsələ ilə bağlı FİFA-ya müraciət olunub.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol