Menu

"Petkim"də yeni təyinat

10.11.2016, 17:49
"Petkim"də yeni təyinat

Türkiyənin "Petkim" neft-kimya kompleksinin baş direktorunun biznesə dəstək məsələləri üzrə müavini təyin olunub.

Trend Türkiyənin İctimaiyyəti məlumatlandırma qurumunun saytına (Kamuoyunu Aydınlatma Platformu - KAP) istinadən xəbər verir ki, şirkətin Direktorlar Şurasının iclasında bu vəzifəyə Xaliq Mustafayevin təyin olunması qərara alınıb.

Məlumatda o da qeyd olunur ki, "Petkim"in biznesə dəstək məsələləri üzrə baş direktorunun müavini şirkətin idarəetmə strukturunda yeni vəzifədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol