Aparılan əməliyyatlar nəticəsində şəhərdəki bütün nəzarət-buraxılış məntəqələri və atəş nöqtələri dağıdılıb
Ukrayna prezidenti vəzifəsini icra edən Aleksandr Turçinov bu gün ölkə vətəndaşlarına müraciət edib. ANS PRESS-in məlumatına görə, o, əhaliyə Slavyansk şəhərində aparılan antiterror əməliyyatlarından danışıb.
Turçinovun sözlərinə görə, bu gün şəhərdə aparılan əməliyyatlar nəticəsində Slavyansk şəhərindəki bütün nəzarət-buraxılış məntəqələri və atəş nöqtələri dağıdılıb.
Beləliklə, Ukrayna hərbçiləri şəhəri tamamilə nəzarətə götürüblər.



Şərhlər