Menu

Deputatın oğlu şagirdi başından güllələdi

11.11.2016, 21:14
Deputatın oğlu şagirdi başından güllələdi

İrkutsk vilayətinin Ust-Kut şəhərində 12 yaşlı yeniyetmə pinevmatik tapança ilə başından yaralanıb.

Axar.az xəbər verir ki, hadisə ilə bağlı məlumat polisə çərşənbə axşamı daxil olub və dərhal araşdırmalara başlanılıb.

“Məktəbin həyətində olan yeniyetmə pinevmatik silahdan açılan atəş nəticəsində başından yaralanıb. Polis tərəfindən aparılan araşdırma zamanı hadisəni törədən şəxsin 16 yaşlı şagird olduğu ortaya çıxıb. Ondan onlayn satış vasitəsilə aldığı pinevmatik tapança götürülüb”, - polisdən bildirilib.

Yerli mətbuatın məlumatına görə, yeniyetməyə atəş açan şəxs rayon dumasının deputatının oğludur. Lakin Daxili İşlər Nazirliyi faktı təsdiqləməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol