Menu

Sabirabadda narkotik alverçisi saxlanılıb

14.11.2016, 00:08

thumb_narkotiki_599Sabirabad polisi narkotik alverçisini saxlayıb.

"Report”un Aran bürosu xəbər verir ki, daxil olmuş məlumat əsasında Sabirabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyat tədbirləri keçirilib.

Əməliyyat zamanı rayonun Şəhriyar kənd sakini Adəm Saleh oğlu Seyfullayev 70 manata 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş narixuana satarkən yaxalanıb. Onun üzərinə baxış keçirilən zaman daha 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı Sabirabad rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol