AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, bir Tailandlı 3 metr uzunluğunda kobra ilə evlənib. Kişi ilanı cismini dəyişmiş sevgilisi (onun ruhu) hesab edir.
O, axşamlar vaxtını korba ilə televizor qarşısında keçirir, onun üçün göl sahilində romantik şəhərətrafı gəzintilər təşkil edir və onunla masaüstü oyunlar oynayır.
Bu barədə Britaniyanın «Daily Mail» qəzetinin elektron versiyası xəbər verir.
Nəşrin məlumatına görə, adı çəkilməyən həmin kişi bütpərəstdir. Ona görə də, ruhun bir nəfərin cismindən çıxıb, digərinin cisminə daxil olmasına inanır. Bu dinə görə, insanın ruhu həm də heyvanların cisminə keçə bilər. Kişi öz sevgilisini 5 il əvvəl itirib və indi bu qənaətdədir ki, sevgilisinin ruhu məhz həmin kobranın cisminə keçib. Onun qənaətincə korba, dünyasını dəyişmiş həmin qıza heyrətamiz dərəcədə oxşayır.
«Bu, məhəbbətdir. O, ilanı özü ilə hər tərəfdə gəzdirir, hətta onunla yatır da...» - deyə, qəzet həmin şəxsin dostundan sitat gətirir.
Qeyd olunur ki, Tailandlı bütün xəbərdarlıqları qulaqardına vurur və 3 metr uzunluğunda ilanla yaşamaqda davam edir.


Şərhlər