Menu

Bakıda Rusiya vətəndaşına 150 min dollar "atdılar"

14.11.2016, 18:37
Bakıda Rusiya vətəndaşına 150 min dollar "atdılar"

Bakıda Rusiya vətəndaşına qarşı dələduzluq edilib.“Report”un məlumatına görə, Rusiya vətəndaşı, 54 yaşlı Piralı Cəfərov üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

P.Cəfərov Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, 2015-ci ilin iyun ayında Cahid adlı şəxs mağaza almaq adı ilə ondan 150 min dollar pul alıb və indiyə kimi geri qaytarmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol