Menu

Qamət Süleymanovun müavini saxlanıldı- Foto

03.05.2014, 15:53
Qamət Süleymanovun müavini saxlanıldı- Foto

“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov polis tərəfindən saxlanılıb.Bu barədə APA-ya dindarlar məlumat verib. Onların sözlərinə görə, bu gün A. Rəcəbovun Zaqatala rayonunun Muxax kəndində yerləşən mənzilində əməliyyat aparılıb.

Əməliyyat nəticəsində A. Rəcəbov saxlanılıb. Zaqatala Rayon Polis Şöbəsindən APA-ya A. Rəcəbovun saxlanılması təsdiqlənib. Lakin bu barədə əlavə açıqlama verilməyib. “Adil qardaşımız radikal deyil. Onunla bağlı hər-hansı problem olduğuna inanmıram. Çünki o, radikallığa qarşıdır”.

Bu barədə “Əbu-Bəkr” məscidinin imamı Qamət SüleymanovPublika.az-a açıqlamasında müavini Adil Rəcəbovun Zaqatalada saxlanılmasına münasibət bildirərkən deyib.

Q. Süleymanov qeyd edib ki, müavinin həbs ediləcəyinə inanmır.“Ola bilsin ki, ümumi axtarışdır, onu da saxlayıblar. Amma həbs olunacağını gözləmirəm. Çünki həbsə problemi adamlar gedir”-deyə o bildirib.

Qeyd edək ki, Zaqatala polisi A. Rəcəbovun Muxax kəndində yerləşən mənzilində əməliyyat aparıb. Əməliyyat nəticəsində A. Rəcəbov saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol