Aleksandr Turçinov Odessadakı faciəvi hadisələrdən sonra ikigünlük matəm elan edib Ukraynada ikigünlük matəm elan edildi.
ANS PRESS-in məlumatına görə, Ukrayna prezidentinin səlahiyyətlərini yerinə yetirən Aleksandr Turçinov Odessadakı faciəvi hadisələrdən sonra Ukraynada ikigünlük matəm elan edilməsi ilə bağlı sərəncam imzalayıb.
Ali Radanın saytında yer alan Turçinovun açıqlamasında deyilir: "Mən artıq Ukraynada ikigünlük matəm elan edilməsi ilə bağlı sərəncan imzalamışam və özüm səmimi qəlbdən ölənlərin ailələrinə və doğmalarına baş sağlığı verirəm".
Odessada cümə günü Ukrayna tərəfdarları ilə rusiyapərəst separatçılar arasında baş verən toqquşmada Həmkarlar binası yandırılıb. Nəticədə 46 nəfər ölüb, 125 nəfər xəsarət alıb. Baş verənlərə görə 130-da çox adam saxlanılıb.
Bundan əvvəl yalnız Odessa hakimiyyəti matəm elan etmişdi.


Şərhlər