Menu

AFFA-nın layihəsi UEFA-nın ali marketinq mükafatına namizəd seçilib

15.11.2016, 13:10
AFFA-nın layihəsi UEFA-nın ali marketinq mükafatına namizəd seçilib

Qalib layihə noyabrın 23-də Afinada müəyyənləşəcək

AFFA tərəfindən UEFA-nın ali marketinq mükafatı olan “UEFA KİSS Marketing Awards 2016”ya təqdim olunmuş “CBC Sport” lahiyəsi ən yaxşı kommersiya tərəfdaşlığı meyarı üzrə müxtəlif milli assosiasiyalar tərəfindən təqdim olunmuş 16 layihə arasında 3 ən yaxşı layihə kimi seçilib.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qalib layihə noyabrın 23-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək tədbir zamanı müəyyənləşdiriləcək. Seçilmiş layihələrdən digərləri Niderland Krallığı Futbol Assosiasiyası "İNG Bank" həvəskar futbol sponsorluq proqramı və Polşa Futbol Federasiyası – PZPN-in lisenziyalaşdırma proqramıdır.

Qeyd edək ki, “UEFA KİSS Marketing Awards” hər iki ildən bir keçirilir və UEFA-ya daxil olan milli assosiasiyaların marketinq sahəsində tətbiq etdiyi layihələr 5 meyar üzrə qiymətləndirilir. 2 il öncə AFFA-nın keçirdiyi "3x3 qızlar” turniri ən yaxşı kütləvi futbol layihəsi meyarı üzrə mükafatlandırılıb və layihə UEFA-nın qadın futbolu inkişafı proqramları üzrə hesabatında ən yaxşı təcrübə nümunəsi kimi göstərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol