Menu

Ukrayna milli polisinin başçısı istefa raportu yazıb!

15.11.2016, 16:32
Ukrayna milli polisinin başçısı istefa raportu yazıb!

AzPolitika.info Ukrayna KİV-ə istinadla xəbər verir ki, Ukrayna Milli polisinin bışçısı Hatiya Dekanoidze yaxın vaxtlarda istefa raportu yazdığını elan etmək niyyətindədir. Xəbəri «İnterfaks-Ukrayna» agentliyi yayıb.

Agentliyin istinad etdiyi mənbənin məlumatına görə, Dekanoidze işdən azad olunmaq barədə raport yazıb, amma bu məsələ hökumətlə razılaşdırılmalıdır. Mənbə raportun verilmə səbəblərinə aydınlıq gətirməyib.

Dekanoidzenin istefası barədə söz-söhbət hələ cari ilin mayında, nazir müavini Eka Zquladzenin Ukrayna daxili işlər nazirliyini tərk etməsindən sonra meydana gəlmişdi. Daxili işlər naziri Arsen Avakov isə bəyan edəib ki, Dekanoidzenin işdən çıxması barədə onun əlində rəsmi ərizə yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol