Menu

Aleksey Ulyukayev ev dustaqlığına buraxılıb

15.11.2016, 21:50

alexei-ulyukayevRusiyanın İqtisadi inkişaf naziri Aleksey Ulyukayev məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. "RİA Novosti" agentliyi xəbər verir ki, nazirin ezamiyyət adı ilə xaricdə istintaqdan gizlənməməsi və şahidlərə təzyiq göstərə bilməməsi üçün ona ev həbsi verilib.

İqtisadi İnkişaf naziri iki milyon dollar həcmində rüşvət götürməkdə ittiham edilir. İstintaq komitəsi bəyan edib ki, A.Ulyukayev pulu götürərkən cinayət başında həbs edilib.

A.Ulyukayev məhkəmədə günahını etiraf etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol