Menu

"Brent" markalı neft 5%-dən çox bahalaşıb

15.11.2016, 23:59

neftŞimal dəniz neft qatışığının qiyməti 46,66 dollara çatıb

Noyabrın 15-i axşam neftin dünya qiymətləri sürətlə artmağa başlayıb.

"Report" xəbər verir ki, hərracların nəticələrinə görə, WTI-nin ardınca "Brent" markalı neft də 5%-dən çox bahalaşıb.

Bakı vaxtı ilə 23.19-a olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti 5,02% artaraq bir barel üçün 46,66 dollara çatıb.

WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barelə görə 5,22% bahalaşaraq 45,58 dollar təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol