Menu

ABŞ-da atışma səbəbindən hava limanı bağlanıb

16.11.2016, 00:28
ABŞ-da atışma səbəbindən hava limanı bağlanıb

İnsident Oklahoma ştatında baş verib

ABŞ-ın cənubunda yerləşən Oklahoma ştatında Uill Rocers adına hava limanı atışma nəticəsində bağlaıb.

"Report" xəbər verir ki, bu barədə ştat polisinin "Twitter" mikrobloqunda məlumat yerləşdirilib.

"Biz hazırda Uill Rocers aeroportunu bağlamışıq. Əgər siz hava limanındasınızsa, növbəti sərəncama qədər özünüzə sığınacaq tapın", — deyə məlumatda bildirilir.

İnsidentin detalları barədə məlumat hələ ki, yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol