Menu

Rahmon öz adına orden təsis edib! - «Yanlış da bir naxışdır...»

16.11.2016, 10:51
Rahmon öz adına orden təsis edib! - «Yanlış da bir naxışdır...»

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki,Tacikistanın «əzəli və əbədi» prezidenti İmamoli Rahmon öz adına orden təsis edib.

Rahmon eyni zamanda yeni bir qanun da imzalayıb. «BBC» xəbər verir ki, qanun, ölkədə «Rahmon» muzeyinin yaradılmasını nəzərdə tutur və prezidentə cinayət təqibindən immunitet, ömürlük toxunulmazlıq, yaşayış yeri, təqaüd və xidməti nəqliyyat vasitəsi verir.

Məlumat üçün bildirək ki, İmamoli Rahmon 1992-ci ildən üzübəri Tacikistanın dəyişməz rəhbəridir.

Bu məqamda bir atalar məsəlini xatırlatmaq yerinə düşərdi: «Yanlış da bir naxışdır...»

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol