Menu

Ərdoğanın Özbəkistana səfərində məqsəd

16.11.2016, 13:15
Ərdoğanın Özbəkistana səfərində məqsəd

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq. Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.Administrasiyadan verilən məlumata görə, səfər zamanı əsas müzakirə mövzusu Ankara və Daşkənd arasında siyasi və iqtisadi əlaqələrin inkişafı barədə məsələlər olacaq:“Özbəkistan Mərkəzi Asiyanın strateji vacib dövlətlərindən biridir və Ankara Daşkəndlə münasibətlərin inkişafına böyük önəm verir”.

Prezident R.T.Ərdoğan 17-18 noyabr tariixlərində Özbəkistana səfər edəcək. Bu, onun Türkiyə prezidenti qismində Özbəkistana ilk səfəridir. Səfər çərçivəsində Ərdoğan Özbəkistan prezidentinin vəzifələrini müvəqqəti icra edən Şövkət Mirzəyevlə görüşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol