Bəzi ölkələr iqtisadi çətinliklərinin həllini, xaricilərə ev almaları qarşılığında “yaşamaq icazəsi” verməkdə axtarır. “Marja” xəbər verir ki, zingat.com, ev alana yaşamaq icazəsi verən 12 ölkəni sıralayıb.
Amerika Birləşmiş Ştatları
ABŞ hökumətinin müəyyən etdiyi rayonlarda 500 min dollar investisiya qoyan (ev almaq da olar) və ya 1 milyon dollar kapitallı şirkət quranlara müddətsiz yaşamaq hüququ verilir. İnvestisiyanın beşinci ilində də vətəndaşlığa keçmək hüququ verir.
Almaniya
250 min avro kapitalla bir iş quraraq Almaniya vətəndaşlarına məşğulluq təmin edənlərə əvvəl yaşamaq, sonra vətəndaş olmaq imkanı təqdim olunur.
Portuqaliya
İşsizliklə mübarizə aparan Portuqaliyada ən azı 500 min avro dəyərində ev alan xaricilər vizasız gediş-gəliş hüququnu qazanır. Portuqaliyanın xüsusi bir digər tətbiqi də, ən azı 10 nəfərə məşğulluq təmin edərək bir iş quran xaricilərə yaşamaq icazəsinin verilməsidir.
Dominikan Respublikası
Tək başınıza vətəndaşlıq hüququ üçün 100 min dollarlıq, həyat yoldaşınız və övladlarınızla ölkəyə köçmək üçün 200 min dollarlıq sərmayə etməyiniz lazımdır.
İrlandiya
İrlandiyada 400 min avro dəyərində daşınmaz əmlak alanlar, yaşamaq icazəsinə malik olurlar.
İspaniya
İspaniyada xarici investora yaşayış icazəsi verən qanun qüvvəyə minib. İspaniyada 160 min avroluq ev alan xaricilər yaşamaq icazəsinin və vizasız səyahət hüququnun sahibi olacaqlar.
Kanada
Kanadada vətəndaşlıq hüququ əldə etməyin yolu, 400 min dollar investisiya və 800 min dollarlıq bank hesabından keçir.
Latviya
Latviyanın xarici investorlar üçün Avropa Birliyi üzvü olan ölkələr arasında dolaşmaq icazəsi verdiyi qaydada faktiki qiymət kvotası belədir: Böyük şəhərlərdən ən az 143 min avro, kənd yerindən ən azı 71 min 500 avro dəyərində ev almaq.
Makedoniya
Makedoniyada iki fürsət birdən var. 40 min avroluq daşınmaz əmlak satın alan əcnəbilər bir illik yaşamaq icazəsinə, 400 min avroluq investisiya yatıran iş adamları da vətəndaşlıq hüququna qovuşurlar.
Ukrayna
Ukraynada vizasız giriş və məhdudiyyətsiz yaşayış icazəsi üçün lazım olan investisiya, ölkədə açacağınız şirkətin hesabında 100 min dollarınız olmalıdır.
Uruqvay
Uruqvayda 1.200 dollar aylıq qazancı olanlara üç illik müvəqqəti yaşamaq icazəsi və sonra da vətəndaşlıq hüququ verilir.


Şərhlər