Menu

Sarkozinin vəkili təkzib edir - O, Qəddafidən vəsait almayıb...

16.11.2016, 14:50

sarkozi4_173AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Fransanın sabiq prezidenti Nikola Sarkozinin vəkili Terri Erzoq bəyan edib ki, guya 2007-ci ildə Sarkozinin seçki kampaniyasının Liviya prezidenti Qəddafi tərəfindən qeyri-qanuni maliyyələşdirilməsi barədəki ittihamlar əsassızdır və kobud manipulyasiyadır. Xəbəri «Reuters» agentliyi yayıb.

«Həmişə seçkilərdən qabaq olduğu kimi, növbəti dəfə «Mediapart» Nikola Sarkozini ittihamlarla ləkələməyə çalışır. Bu ittihamlar dünən olduğu kimi, bu gün də o qədər yalandır» - deyə, eks-prezidentin vəkili, indi isə onun yeni seçki kampaniyasını aparan Erzoq yazır.

Vəkil qeyd edir ki, «Mediapart» agentliyinin dərc etdiyi bu materiala cavab olaraq, Sarkozinin müdafiəsi məhkəməyə müraciət etmək fikrindədir. «Bu, çox kobud bir manipulyasiyadı» - deyə, vəkil əlavə edib.

Məlumat üçün bildirək ki, hazırda Sarkozinin özü ilkin seçki kampaniyası aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol