Messi isə dəfələrlə bəyan edib ki, o, Avropa karyerasını yalnız "Barselona"da davam etdirəcək
Futbol üzrə İngiltərə Premyer Liqasının liderlər qrupunda yer alan "Mançester Siti" klubu İspaniyanın "Barselona" komandasının oyunçusu Lionel Messini öz sıralarına qatmaq istəyir.
ANS PRESS-in verdiyi məlumata görə, bunun üçün "şəhərlilər" Messi üçün 200 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb.
Lionel Messinin və ümumiyyətə, "Barselona" klubunun buna necə cavab verməsi isə hamı üçün aydındır, çünki Messi dəfələrlə bəyan edib ki, o, Avropa karyerasını yalnız "Barselona"da davam etdirəcək.
Xatırladaq ki, Lionel Andres Messi 24 iyun 1987-ci ildə Argentinanın Rosario şəhərində dünyaya göz açıb. İlk illəri onun məşqçisi atası olub. Atasının klubunun adı Grandoli idi. 1995-ci ildə o, Newell's Old Boys klubuna keçib. O vaxtlar "Barselona" klubu Argentinalı gənc oyunçuları axtarırdı. Sonra onun "Barselona"dakı kariyerası başladı.
Messi "Barselona"nın əvəzedici komandasında oynayıb, sonra isə "Barselona B" klubunda 30 oyunda 37 qol vurub. Messi Argentinanın U-21 komandasına çağırılıb. 2005-ci ildə o, U-21 Dünya Çempionatında çempion adını qazanıb.
Messi 2006-cı ildə dünyanın ən yaxşı gənc oyunçusu mükafatını, həmin il İspaniya çempionatında oynayan ən yaxşı əcnəbi oyunçu mükafatını və 2008-ci 2008 Yay Olimpiya Oyunlarında Argentina milli futbol komandası ilə çempion adını qazanıb.
Lionel Messi ardıcıl olaraq 4 il - 2009, 2010, 2011 və 2012-ci illərdə Qızıl top mükafatına layiq görülüb. 2013-cü ildə isə Frank Ribery və Kriştiano Ronaldo ilə birgə bu mükafata namizədlərdən biri olub.


Şərhlər