Menu

Bakı sakini beşəm dünyaya gətirib, körpələr ölüb

17.11.2016, 13:41
Bakı sakini beşəm dünyaya gətirib, körpələr ölüb

Bu gün Respublika Perinetal Mərkəzdə beşəm dünyaya gəlib. Onların hamısı tələf olub.

"Report"un xəbərinə görə, bu barədə respublikanın baş mama-ginekoloqu və mərkəzin direktoru Sevinc Məmmədova məlumat verib.

Direktor bildirib ki, bu, 1991-ci il təvəllüdlü Aysel Əzimzadənin ikinci hamiləliyi olub. "O, noyabrın 11-də kəskin qanaxma ilə mərkəzə gətirilib. Onun qaraciyərindəki problemləri qanına təsir edib. Qadın hazırda mərkəzdə müalicə olunur", - S.Məmmədova əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol