Rusiya Krıma onlarla hərbi təyyarə yerləşdirib. “Axar.az” xəbər verir ki, bu informasiyanı Ukrayna mətbuatı yayıb.
Mətbuat yeni yerləşdirilmiş təyyarələrin bir müddət sonra Ukraynanın cənub-şərq istiqamətində istifadə olunacağını bildirib: “Ruslar Krıma xeyli sayda hərbi təyyarə yerləşdiriblər. Bunların hər biri Krasnodar vilayətindən buraya gətirilib. Krıma əsasən MİQ-29 və SU-27 qırıcı təyyarələri göndəriliblər. Tu-22m bombardmançı təyyarələri də artıq Krımdadır. Onlar cənub-şərqi Ukrayna istiqamətində yerləşdiriliblər. Rusiya hadisələrin qarışdığı zaman bura müdaxilə etmək niyyətindədir və indidən onun ətrafında halqa yaradır”.


Şərhlər