Türkiyədə zorlanma hadisəsindən sonra cinayətkar və qurbanın evləndirilməsiylə bağlı Türkiyə Böyük Millət Məclisinə edilən qanun dəyişikliyi təklifi barədə xəbərlər ciddi narazılıqlara səbəb olub.
BakiPost.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iddiaya görə, hakim Ədalət və İnkişaf Partiyası cinayət məcəlləsində dəyişiklik edilməsini təklif edir. Ediləcək dəyişikliyə görə, cinayətkar təcavüz etdiyi şəxslə (uşaqla) evlənərsə ona cəza verilməyəcək.
Bu isə Türkiyə xalqının etirazına səbəb olub. Xalq bu dəyişikliklə təcavüz hallarının artacağını düşünür. Hətta bir çox tanınmışlar bu məsələylə bağlı etiraz səslərini ucaldıb.
Mübahisəli təklifə münasibət bildirən Türkiyə baş naziri Binəli Yıldırım bu dəyişikliyin təcavüzkara bəraət verilməsi mənasında olmadığını deyib: "Deyilənlər həqiqətə uyğun deyil. Bunların hamısı böhtandır. Düzü erkən yaşda ailə quranlar var. Bu da qanunları bilmədiklərindən irəli gəlir. Onların uşaqları olur, amma ataları həbsə düşür. Hazırda bu cür 3 min ailənin olduğu təsdiqlənib. CHP də bundan sui-istifadə edərək bu cür xəbərlər yayır”.


Şərhlər