Menu

“Axşam”, “Star” və “Günəş” satıldı…

19.11.2016, 16:35
“Axşam”, “Star” və “Günəş” satıldı…

Türkiyənin məşhur Axşam, Star və Günəş qəzetləri sahibini dəyişib.Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə hakim Ədalət və İnkişaf partiyasına yaxın iş adamı Ethem Sancak media dünyasından tamamilə çəkildiyini açıqlayıb.

O, sahibi olduğu “Star”, “Akşam” və “Güneş” qəzetləri ilə yanaşı “Kanal 24”, “360tv” kimi kanalları yenə iqtidar partiyasına yaxın iş adamı, “Cengiz İnşaat”ın sahibi Mehmet Cengizə satıb.

Satışdan sonra Ethem Sancaq otağını boşaldıb, əşyalarını toplayaraq ofisi tərk edib.

Mehmet Cengiz Türkiyənin ən zəngin iş adamlarından biridir.

Onun sahibi olduğu "Cengiz İnşaat"ın liderliyində qurulan Ortaq İnvestisiya Qrupu 2013-cü ilin may ayında İstanbulun yeni hava limanının tikintisi və 25 il boyunca işlətmə haqqına malikdir.

Türkiyənin ən uzun, dünyanın isə 4-cü ən uzun yol tuneli olacaq Ovit Tunelinin də tikintisi Cengiz İnşaat tərəfindən həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol