Kilis qarşısındakı Suriya torpaqlarında aparılan “Firat qalxanı” əməliyyatında iştirak edən əsgərlərə, İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları tərəfindən hücum təşkil olunub.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücumda yaralanan türk əsgərlərindən 3-ü helikopterlə Qaziantepə gətirilərək xəstəxanaya yerləşdirilib.
Yaralı əsgərlərdən birinin həyatı üçün təhlükənin olduğu bildirilir.

Şərhlər