O, daha üç il bu vəzifəni icra edəcək
Britaniyalı Kreyq Ridi yenidən Dünya Antidopinq Agentliyinin (WADA) prezidenti seçilib.
“Report” xəbər verir ki, bu barədə təşkilatın rəsmi “Twitter” mikrobloqunda məlumat yerləşdirilib.
Məsələ ilə bağlı qərar WADA-nın Təsisçilər Şurasının Şotlandiyanın Qlazqo şəhərində keçirilən iclasında qəbul olunub. Ridi daha üç il bu vəzifəni icra edəcək.
"Kreyq Ridi Təsisçilər Şurası tərəfindən ikinci müddətə WADA-nın prezidenti postuna seçilib", — deyə məlumatda bildirilir.


Şərhlər