Menu

Angela Merkel dördüncü dəfə seçkilərə qatıla bilər

20.11.2016, 19:00

Angela_Merkel_01Almaniya kansleri Angela Merkel dördüncü dəfə seçkilərə qatılacağını deyib, mühafizəkar partiya üzvləri bildirib.

62 yaşlı xanım Merkelin bu barədə bazar günü Xristian Demokratik Birliyi partiyasının mənzil-qərargahında açıqlama verəcəyi bildirilir.

Almaniyada ümümxalq seçkiləri gələn il baş tutacaq.

Rəy sorğularında xanım Merkelin reytinqləri aşağı düşsə də, onu dəstəkləyənlər hələ də az deyil.

O bu ilin əvvəlində regional seçkilərdə uduzub və populist sağçı AfD partiyasının tənqidləri ilə üzləşib.

Sorğuların nəticələrindən sonra o bildirib ki, bir neçə ştatda uduzmağına görə məsuliyyəti qəbul edir.

O 2005-ci ildən Almaniyaya rəhbərlik edir.

Almaniya qanunları istənilən şəxsin istənilən qədər rəhbər vəzifəyə seçilməsinə məhdudiyyət qoymur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol