Menu

Türkiyədə eyni fabrik üçüncü dəfə yandı

20.11.2016, 23:05
Türkiyədə eyni fabrik üçüncü dəfə yandı

Türkiyənin İzmir şəhərində naringi qablaşdırma fabrikində yanğın baş verib. Musavat.com-un məlumatına görə, axşam saatlarında, məlum olmayan səbəblərdən meydana gələn yanğında taxta və plastik yeşiklər alovlanıb. Nəticədə alov genişlənib və qara tüstü ətrafı bürüyüb. Fabrikin yaxınlıqdakı evlər təxliyə olunub. Yanğınsondürənlərin uzun cəhdindən sonra yanğın lokallaşdırılıb. Yanğın nəticəsində bir nəfər zəhərlənib.

Bu fabrikin artıq üçüncü dəfədir ki yandığı bildirilib. Yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol