Menu

Suriyada İŞİD-in hücumu nəticəsində 2 türk əsgəri yaralanıb

21.11.2016, 00:10

turk orduTürkiyə Silahlı Qüvvələrinin 2 əsgəri Suriyanın şimalındakı hərbi əməliyyatlarda yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

İnsident Suriyanın Əl-Bab bölgəsində qeydə alınıb. İŞİD silahlıları türk hərbçilərinin olduğu bölgəni atəşə tutub, nəticədə 2 əsgər yaralanıb. Onların helikopterlə Qaziantepə gətirilərək xəstəxanaya yerləşdirildikləri bildirilir.

Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə İŞİD-ə qarşı “Firat qalxanı” əməliyyatına avqustun 24-də başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol