Menu

Azərbaycanın energetika naziri Moskvaya gedir

21.11.2016, 14:50
Azərbaycanın energetika naziri Moskvaya gedir

Bu gün Azərbaycanın energetika naziri Natiq Əliyevin Rusiyanın paytaxtı Moskvaya səfəri başlayır.

“Report” xəbər verir ki, nazir “LUKoil” şirkətinin yaranmasının 25 illiyi münasibəti ilə keçiriləcək tədbirdə iştirak edəcək.

Mərasimin "Kreml"də keçirilməsi planlaşdırılır.

Azərbaycanlı nazirin "LUKoil"in prezidenti Vahid Ələkbərov və başqa digər rəsmi şəxslərlə görüşəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol