Menu

Hindistan-Pakistan sərhədində gərginlik getdikcə artır – Daha 10 nəfər öldü

21.11.2016, 23:44
Hindistan-Pakistan sərhədində gərginlik getdikcə artır – Daha 10 nəfər öldü

Hindistan-Pakistan sərhədində baş vermiş atışma nəticəsində 6 hindistanlı hərbçi və 4 pakistanlı mülki şəxs həlak olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat verib.

Məlumata əsasən, Pakistan ordusu cavab atəşi açmağa məcbur olduğunu bildirib. İnsidentlə əlaqədar rəsmi Dehli hələ ki, hər hansı şərh verməyib. Bundan əvvəl “Hindustan Times” qəzeti noyabrın 20-ə keçən gecə Kəşmir ştatındakı nəzarət zolağında baş vermiş atışma nəticəsində 1 hərbçinin öldüyü, 3-nün isə yaralandığını bildirmişdi.

Qeyd edək ki, son günlər Hindistan-Pakistan sərhədində toqquşmaların sayı artmaqdadır. Tərəflər həmişə olduğu kimi atəşkəsin pozulmasında bir-birilərini ittiham edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol