Menu

 “İsgəndər” və “S-400”lər Avropanın təhlükəsizliyini sarsıdır” - Vaşinqton

22.11.2016, 01:29

isgenderBunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi deyib

Rusiyanın “İsgəndər” və “S-400” raket komplekslərini Kalininqrad vilayətinə yerləşdirməsi Avropada təhlükəsizlik sahəsində vəziyyətə sabitliyi pozacaq şəkildə təsir göstərir.

“Report” xəbər verir ki, bunu bazar ertəsi jurnalistlər üçün keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi deyib.

Onun sözlərinə görə, “İsgəndər” və “S-400”lərin Kalininqrada yerləşdirilməsi Avropanın təhlükəsizliyi üçün stabilliyi pozacaq təsirə malikdir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol