Menu

Fikrət Fərəməzoğlunun məhkəməsi başlayıb

22.11.2016, 15:33
Fikrət Fərəməzoğlunun məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist, "Jam.az” saytının rəhbəri Fikrət İbişbəylinin (Fərəməz oğlu) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov cinayət işinə xitam verilməsi və ya F. Fərəməzoğlunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər qaldırıb.

Məhkəmə vəsatətləri təmin etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol