Menu

Gülnarə Kərimova qətlə yetirilib?

22.11.2016, 17:42
Gülnarə Kərimova qətlə yetirilib?

“İnterfaks” agentliyi Özbəkistanın birinci prezidenti Gülnarə Kərimovanın noyabrın 5-də zəhərlənərək öldürüldüyü haqda xəbərləri təkzib edir.Virtualaz.org xəbər verir ki, bu barədə agentliyə “informasiyalı mənbə” bildirib. Lakin mənbə xəbərlə bağlı əlavə təfərrüatlar verməkdən imtina edib.

RİA Novosti agentliyi də analoji məlumat yayıb. Agentlik İslam Kərimovun ailəsinə yaxın mənbəyə istinadən bildirir ki, Gülnarə Kərimova sağdır və onun ölümü haqda yayılan xəbərlər yalandır.

Hələlik Özbəkistan hakimiyyət dairələri Gülnarənin ölümü ilə bağlı hər hansı şərh verməyiblər.

____

GulnareÖzbəkistanın keçmiş prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın qətlə yetirildiyi haqda məlumatlar yayılıb.Axar.az Rosbalt-a istinadən xəbər verir ki, 44 yaşlı Kərimova zəhərlənərək öldürülüb.

Sözügedən xəbərin mənbəsi kimi Özbəkistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı çıxış dib.

Müxtəlif mənbə və KİV-in xəbəri yaymasına baxmayaraq Gülnarənin ölümü haqda rəsmi açıqlama verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol