Menu

Saleh Müslüm Türkiyədə axtarışa verildi

22.11.2016, 18:49
Saleh Müslüm Türkiyədə axtarışa verildi

Türkiyədə PYD lideri Salih Müslümün də aralarında olduğu 48 nəfər barəsində axtarış elan edilib.Axar.az xəbər verir ki, kürd lider Ankarada baş verən terror hücumunu təşkil etməkdə günahlandırılır.

Bundan başqa axtarışda olan şəxslər arasında Zübeyir Aydar, Rəmzi Qartal, Cəmil Bayık, Muraq Qarayılan və Fehman Hüseynin də adı var.

Xatırladaq ki, bu ilin 17 fevralında baş verən terakt zamanı 29 nəfər həlak olub, 61 nəfər isə yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol