Menu

İstanbulda İŞİD-in 2 canlı bombası ələ keçirildi - "Bunyod" və "Zübeyr"

22.11.2016, 20:33
İstanbulda İŞİD-in 2 canlı bombası ələ keçirildi - "Bunyod" və "Zübeyr"

Suriyaya getməyə hazırlaşan İŞİD üzvü olan 2 canlı bomba, İstanbulda keçirilən əməliyyatda həbs ediliblər.

"AzPolitika"nın məlumatına görə, İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyi əməkdaşları, terror təşkilatı İŞİD-ə qarşı əməliyyat başladıb. Əməliyyat çərçivəsində təyin olunan təşkilat üzvləri təqibə alınıb. Edilən təqiblərin ardından təyin olunan ünvanlara eyni vaxtda əməliyyat təşkil edilib. Əməliyyat çərçivəsində 7 nəfər nəzarətə alınarkən, ünvanlarda edilən axtarışlarda isə təşkilata aid sənədlər ələ keçirilib.

Nəzarətə alınan "Bunyod" və "Zübeyr" kod adlı N.K. və A.B. adlı şübhəlilərin təşkilatın canlı bomba siyahısında olduğu və Suriyaya getməyə çalışdıqları ortaya çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol